Hadisə manset

Düşmənə sarsıdıcı zərbə endirilib – Nazir müavini

Sharing is caring!

Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb.

Xəbəral.az-ın  məlumatına görə, general-leytenant Nizam Osmanov Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda işğalçı düşmən təşviş içindədir:

“Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər”.

Qeyd edək ki, bu gün düşmən Tovuz rayonu istiqamətində artilleriyadan istifadə etməklə təxribat törədib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir