Hadisə manset

Əbülfəs Qarayevlə Elçin Quliyevə cinayət işi açıldı – ŞOK İDDİA

Sharing is caring!

Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.
Xəbəral.az  xəbər verir ki, bu barədə “Gununsesi.org” saytı məlumat yayıb.

Məlumata görə, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı Britaniyanın “Evening Standard” qəzeti araşdırma aparıb.

Qəzetin yazdığına görə, hazırda məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.

Gununsesi.org-un araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir