Hadisə manset

Gəlin 73 yaşlı qayınatasını döydü

Sharing is caring!

Oğuzda gəlin 73 yaşlı qayınatasına xəsarət yetirib.

Xəbəral.az  xəbər verir ki, bu gün səhər saatlarında Oğuz rayon Mərkəzi Xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin Şıxəli Qurbanov küçəsində yaşayan 1947-ci il təvəllüdlü İsgəndər Ağayev daxil olub.

Müayinə zamanı yaşlı kişiyə başın digər nahiyyələrinin açıq yaraları və əlin sıyrıqları diaqnozu qoyulub.

Araşdırma zamanı İ.Ağayev bildirib ki, ailə münaqişəsi zamanı gəlini tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir