Hadisə

Gəncədə ağır yol qəzası baş verdi, ölən və yaralananlar var

Sharing is caring!

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza Gəncə şəhər Şahsevənlər küçəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza zamanı bir nəfər kişi hadisə yerində ölüb.

1980-ci il təvəllüdlü Natiq Namiq oğlu Abbasovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılıb.

Digər yaralı, 1988-ci il təvəllüdlü Səbuhi Akif oğlu Həsənov isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir