Bu gün Qaradağ rayonu ərazisində 149 saylı marşrut avtobusunun düşdüyü ağır yol qəzasından görüntülər yayılıb.
XəbərAl.az hadisə yerindən görüntüləri təqdim edir.
Qeyd edək ki, səhiyyə Nazirliyi hadisə nəticəsində 6 nəfərin xəsarət aldığını bildirib.
*****
09:09
Bakıda səhər saatlarında bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Səhiyyə Nazirliyindən XəbərAl.az -a verilən məlumata görə, Qaradağ rayonu, Sahil qəsəbəsi, “20-ci Sahə” adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub.
Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkın məlumata görə 6 nəfər xəsarət alıb. 51, 28, 43,34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana yerində yardım edilib.
Yaralılar xəstəxanaya yerləşdirilib.