Hadisə manset

Bakıda mənzildə yanğın olub, 11 yaşlı qız yanaraq ölüb

Sharing is caring!

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

XəbərAl.az  FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir