Hadisə

Laçınlı keçmiş hərbiçi öz qohumlarından işə düzəltmək adı ilə külli miqdar da pul alıb qaçıb gizləndi – FOTO+ VİDEO

Sharing is caring!

Xəbəral.az – a şok edici şikayət daxil olub.

Belə ki,əslən Laçın rayonun Malıbəy,Cağazür kəndindən olan, keçmiş hərbiçi Orucov Nurlan Ramiz oğlu, işə düzəltmək adı ilə öz yaxın qohumlarına külli miqdarda pul alaraq, qaçıb gizlənib. Verdiyi vədlərə əməl etməyən “Dələduz qəhrəman” aldadıb pul aldığı adamların əlindən çıxış yolunu telefonu söndürüb gizlənmək də görüb.

Nurlan Orucov

Xəbəral.az – a adının hələ ki, çəkilməsini istəməyən zərərçəkmişin verdiyi məlumata görə, onlarla qohumlarının etibarından sui istifadə edərək, müxtəlif işə düzəltmək adı ilə umumilikdə 150 min manatdan çox ziyan vurub.

Deyilənə görə, Nurlan Orucov əvvəllər Milli Qvardiya da, N saylı hərbi hissə də çalışıb. Məhz onun bu cür xoşagəlməz hərəkətlərinə görə işdən qovulub.

Xəbəral.az xəbər verir ki, Nurlan Orucov qohumlarından işə düzəltmək adı ilə aldığı pulları “Tiktok” sosial şəbəkəsində yarışmalar zamanı tanış olduğu xanım dostlarına xərcləyib. Məlum olur ki, “Tiktok” da yarış zamanı göndərilən hədiyyələrin qiyməyi 1500-2000 manatdır.

Zərərçəkmişin saytımıza verdiyi məlumata görə, öz həmkəndlisi Nurlan Orucovla təsadüfən tanış edib, bu tanışlıqdan sonra, həmin adamdan işə düzəltmək adı ilə 25000 manat pul alıb və bir müddət sonra yoxa çıxıb. İndi də dələduzu tapmaq çətin olduğundan, tanış edən adam qalıb pis vəziyyətdə. Hansı ki, Nurlanın o adama pul atmağından, tanış edənin heç bir xəbəri olmayıb.

Guya ki, Nurlan qohumunu, öz köhnə işinə düzəldəcəkmiş. Yani Milli Qvradiya.

Bir sözlə tanışlığa səbəbkar qalıb pis durumda. Nurlanın “dələduz” kimi özəlliyi pul atdığı adamların əksəriyyəti xanımlardır.

Tanışlığa səbəbkar dəfələrlə Nurlanın yaşadığı ünvana Qala qəsəbəsinə getsə də, o qaçıb gizlənib, telefonuna da zəng çatmır. Nurlanın isə bacısı və yaxınları onun burada yaşamadığını qeyd ediblər.

Şikayətçi, Xəbəral.az vasitəsi ilə, hüquq mühafizə orqanlarına müraciət edərək, Nurlanın tapılıb aldığı pulları geri qaytarmasında onlara yaxından köməklik göstərilməsini xahiş etdilər.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir