Hadisə Manşetüstü

Bakıda ağır qəza – Xəsarət alan var

Sharing is caring!

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində yerləşən Bakı Əyləncə Mərkəzinin yanında baş verib.

Sürücü, 1986-ci il təvəllüdlü İsmayılov Elvin İsmayıl oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarındakı səkiyə çırpıb.

O, ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya baş nahiyəsinin və burnun yumuşaq toxumasının əziyi diaqnozu qoyulub. Elvin İsmayılov aidiyyatı üzrə həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir