Hadisə Manşetüstü

Azərbaycanda 3 uşaq atası faciəvi şəkildə öldü

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Qarağac kəndində qeydə alınıb. Rayon sakini Səfər Səfərov fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb. Onun 3 övlad atası olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(Azərtac)