Hadisə Manşetüstü

Kürdəmirdə avtomobil beton maneəyə çırpıldı – Xəsarət alan var

Sharing is caring!

Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü Musayev İsa Zakir oğlunun idarə etdiyi “Xəzər” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə onun avtomobildə həyat yoldaşı, 1978-ci il təvəllüdlü Vəkilova Gülçin Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir