Hadisə Manşetüstü

Bakıda “Lallar fabriki”ndə qanlı dava

Sharing is caring!

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

XəbərAl.az xəbər verir ki, hadisə 1-ci Mədən, 18 saylı korpus, “Lallar fabriki” deyilən ərazidə baş verib.

Belə ki, Cəfərov Taleh Firudin oğlu məhəllədə keçmiş tanışı Xankişiyev Ayxan Rövşən oğlu ilə aralarında yaşanan mübahisə zəminində üzərindəki bıçaqla ona döş qəfəsinin sol nahiyəsindən xəsarət yetirib.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir