Hadisə Manşetüstü

Şəkidə toyda 21 nəfər zəhərləndi

Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən XəbərAl.az-a verilən məluamat görə, rayonun Çeşməli kəndində eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.

Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir