Hadisə Manşetüstü

Qaxda meşə zolağında yanğın söndürüldü – Yeniləndi

Sharing is caring!

Qax rayonunda meşə zolağında yanğın baş verib.

XəbərAl.az-ın məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Süskənd və Fısdıqlı kəndlərinin yaxınlığında, həmin kəndlərə gedən yolun ətrafında baş verib.

Əraziyə Qax rayon dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində meşəlik zolağında quru kol-kos və bəzi yerlərdə ağaclar yanıb.

Yarım hektar ərazini əhatə edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, 400 hektara yaxın meşə zolağı yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir