Hadisə

“Dərinləşən media islahatı”nda içdilər,dava düşdü, ağır söyüşlər söydülər

Sharing is caring!

Xəbəral.az-ın məlumatına görə, “Dərinləşən media islahatı”nda ağır söyüşlər eşidilib

Şuşada 22 iyulda keçirilən “Dərinləşən Media İslahatı” konfransında dava düşüb, söyüşlər göydə uçuşub.

Xəbəral.az xəbər verir ki, orda iştirak edən jurnalistlərdən birinin “Time TV”-yə verdiyi məlumata görə, özünü media kapitanı adlandıran şəxslər spirtli içki qəbul etdikdən sonra hərəkət və davranışlarına nəzarəti itiriblər. Bizə 4 həmkarımız olayın baş verdiyini təsdiqləyib. Onlar bu tərbiyəsizlikdən hiddətlənib, şəhidlərin qanının töküldüyü yerdə təhqirlərin yağmasının onlara təsir etdiyini deyiblər.

Jurnalistlər bildiriblər ki, Şuşada, İsa bulağında haqqın.az saytının rəhbəri Eynulla Fətullayev, qafqazinfo.az saytının redaktoru Elbrus Ərud və şoumen, “Xəzər TV”-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər. Sərxoş vəziyyətdə hər kəsin yanında söyüşlər söyməkdən çəkinməyiblər.

Bu olaya etinasız qalmayan Şuşa komendantının müşaviri Zaur Həsənov onlara, – “Burda igidlərimiz şəhid olub, heç olmasa, onların ruhu xatirinə ədəbli olun”, – deyib sakitləşdirməyə çalışsa da, Eynulla Fətullayevlə Elbrus Ərud onu da, şəhidləri də ağır söyüşlərlə təhqir ediblər.

Bu hadisələr prezidentin köməkçisi Hikmət Hacıyevin, digər rəsmilərin, bir sözlə, bütün qonaqların gözü qarşısında baş verib.

Hətta tədbirdə iştirak edən qazilərin xahişlərini də dinləməyiblər.

Uzun mübahisədən sonra onları sərxoş vəziyyətdə hotelə yerləşdiriblər.

Biz də adıçəkilən şəxslərin mövqelərini dinləyə, səsləndirə və ya dərc edə bilərik.

Mənbə: Time TV

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir