Hadisə manset

Oğuzda meşə yanır – Helikopterlər havaya qaldırıldı

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən XəbərAl.az-a verilən məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.