Hadisə Manşetüstü

Ukrayna vətəndaşından Bakı sakininə 160 min dollarlıq DƏLƏDUZLUQ

Ukrayna vətəndaşı Bakı sakininə qarşı dələduzluq edib.

39 yaşlı Fərid Pənahov qarşılaşdığı hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

F.Pənahov şikayətində bildirib ki, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 142-də yerləşən 58 saylı mənzili Ukrayna vətəndaşı Nina Krimişenkodan 160 min dollara alıb. O, pulu N.Krimişenkoya ödəyib. Lakin sonradan məum olub ki, mənzil 1980-ci il təvəllüdlü Sara Hamlet qızı Əliyevaya məxsusdur.

Faktla bağlı araşdırma aparılır. (Report)