Hadisə Manşetüstü

Qubada yol qəzası: ər-arvad xəsarət aldı

Sharing is caring!

Quba-Nugədi yolunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, yol qəzasında 31 yaşlı Sevil Orucəliyeva, həyat yoldaşı 34 yaşlı Yaşar Kərimov, qaynanası 59 yaşlı Leysan Kərimova xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Baş həkimin bildirdiyinə görə, yaralıların vəziyyəti orta ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir