Hadisə Manşetüstü

Azərbaycanda ağacdan yıxılan qadının beli qırıldı

Oğuzda gavalı ağacından yıxılan qadının beli sınıb.
XeberAl.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Muxas kəndində baş verib.
Kənd sakini 44 yaşlı Xalidə Həbibullayeva həyətlərində olan ağacdan gavalı yığarkən ehtiyatsızlıqdan yerə yıxılıb.
Ağır xəsarət alan qadın Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona onurğa sütununun sınığı diaqnozu qoyulub.
X.Həbibullayevanın vəziyyətinin ağırlığı nəzərə alınaraq, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir