Bakıda yataqxana binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) XeberAl.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otaqda 2 m² sahədə yataq dəsti yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib. Otaq yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.