Hadisə Manşetüstü

Kürdəmirdə AĞIR QƏZA – Xəsarət alanlar var

Kürdəmir rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

XeberAl.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ucar istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Lexus” markalı avtomobilə çırpılaraq yoldan çıxıb və aşıb.

Hadisə zamanı “Mercedes”də olan 3 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Bunlar 61 yaşlı Bakı sakini Əliyeva Dilarə Şəmistan qızı, 81 yaşlı Bakı sakini Əliyeva Zəhra Həsən qızı və 15 yaşlı Bakı sakini Əliyeva Nəzrin Habil qızıdır.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir