Moldova parlamentinin 17 deputatı “Georgi lenti”ni taxdıqlarına görə məsuliyyətə cəlb olunmaları üçün toxunulmazlıqdan məhrum edilə bilər. Moldova polisi müvafiq tələblə ölkənin qanunverici orqanına müraciət etmək niyyətindədir. Bu barədə Baş Polis Müfəttişliyinin rəisi Viorel Çerneusyanu bildirib. “Onlara qarşı qanun pozuntusu ilə bağlı protokollar tərtib edilib, prokurorluğa verilib, cərimənin tətbiqi yalnız deputat toxunulmazlığının ləğvi ilə mümkündür”, – […]
Türkiyə zəruri laboratoriya praktikasına cavab vermədiyi üçün koronavirusa qarşı Rusiyanın istehsal etdiyi peyvəndi almayacaq. “RİA Novosti”nin məlumatına görə, bu sözləri Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib. “Problem burasındadır ki, Rusiyanın peyvəndi lazımi laboratoriya praktikasına cavab vermir, bu səbəbdən də maraq dairəmizdən çıxarılıb”, – deyə türkiyəli nazir bildirib.
Xalq artisti Brilliant Dadaşova şou-proqramlarda çıxış etməyə qarşı olduğunu deyib. XəbərAl.az xəbər verir ki, sənətçi bu barədə Kazım Sübhanın “MTV özəl” proqramında qonaq olarkən danışıb: “Sənətimin hər dövründə gedib restoranda oxumağı qəbul etməmişəm. Ya Yeni il, ya Novruz bayramında bir gün olar. Amma hər gün yox. Toylarda isə olar. Çünki burada anamız, bibimiz, xalamız olur, […]