Hadisə

Abşeronda qadın ruhi-əsəb xəstəsi olan kürəkəni tərəfindən döyülüb

Sharing is caring!

Abşeron rayonunda kürəkən qayınanasını döyüb.

APA-nın məlumatına görə, hadisə Novxanı qəsəbəsi, İ.Qayıbov küçəsində baş verib.

1976-cı il təvəllüdlü Əhmədova Elnarə Həsənağa qızı döyülmə xəsarətləri ilə 1 saylı Xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin ruhi-əsəb xəstəsi olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir