Hadisə

Tovuzda mənzildən oğurluq edilib

Sharing is caring!

Tovuzda oğurluq faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Xaqani küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Rəfiqə Musayevaya məxsus evə naməlum şəxslər girib. Oğruların evdən nə aparması bilinmir. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tapılıb istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir