Hadisə

FHN əməkdaşları suda boğulan 4 nəfərin həyatını xilas edib

Bu gün çimərliklərdə çimərkən 4 nəfər batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Qızılqum və Mingəçevir sularda xilasetmə məntəqələrinin ərazisində həmin şəxslərin həyatı xilas edilib.