Hadisə

Sabunçuda yol qəzasında 3 nəfər ağır xəsarət alıb

Sharing is caring!

Sabunçu rayonunda 2 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Kürdəxanı yolunda baş verib. 1957-ci il təvəllüdlü Abbasov Hidayət Məhəmmədəli oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn minik maşını ilə toqquşub. Qəza nəticəsində H.Abbasov xəsarət alıb.

Digər avtomobildə olan 3 nəfərdən 2-si də xəsarət alıb. 1966-cı il təvəllüdlü Babayeva Rəfiqə Hüseyn qızı və onun gəlini 1990-cı il təvəllüdlü Səfərova Sevinc Zahid qızı yaralanıb.

Hər 3 yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına aparılıb. H.Abbasova döş qəfəsinin əziyi, körpücük sümüyünün sınığı, R.Babayevaya sol qolun və ayağın əzilməsi, S.Səfərovaya isə qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir