Bakıda gənc oğlan bıçaqlanaraq ağır xəsarət alıb.
Xeberal.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Ağahüseyn Ələsgər oğlu Əliyar Əliyev küçəsində bıçaqlanıb. Yaralı taksi vasitəsilə 1 saylı Xəstəxanaya çatdırıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.