Hadisə

Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Sharing is caring!

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı azyaşlı xəsarət alıb.

APA xəbər verir ki, Mərdəkan qəsəbəsi, 28 may küçəsində 2015-ci il təvəllüdlü Həsənli Uğur Dəyanət oğlunu “VAZ 2107” markalı avtomobil vurub.

Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. O, əməliyyt olunub. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir