Hadisə

Polşada zəlzələ səbəbindən 3 şaxtaçı ölüb

Polşanın cənubundakı Murski-Staşiç şaxtasında güclü zəlzələ nəticəsində 3 şaxtaçı ölüb, daha altı nəfəri xəstəxanaya yerləşdirilib.

APA “Life”a istinadən xəbər verir ki, bu barədə Polşa mədən-hasilat qrupunun mətbuat katibi Tomaş Qlodovski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin vaxt mədəndə 9 şaxtaçı işləyirmiş. Qlodovski, həmçinin qeyd edib ki, şaxtaçılardan üçü şaxtadan özü qalxıb, daha üç nəfəri isə yoldaşları çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir