Hadisə

Bakıda “Gelandewagen” sürücüsü aztəminatlı şəxsləri təhqir etdi – Video

Sosial şəbəkələrdə Bakıda “Gelandewagen” idarə edən şəxsin aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb.

Xəbəral.az xəbər verir ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara qarşı təhqiredici ifadələr səsləndirib.

“Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, – o deyib.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi görünür.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır:

“Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir