Hadisə

Sumqayıtlı “Qayalı” supermarketlər şəbəkəsinin sahibinin oğlu hərbidə olmayıb? – Qarabağ Qaziləri ŞİKAYƏTÇİDİR

““Qayalı” supermarketlər şəbəkəsinin sahibi İdris Quliyev ,hərbi xidmətdən xəstəlik adı ilə yayınan “dezertir “oğlu Məhəmmədə Sumqayıtda yerləşən “ Green House “ şadlıq sarayında 3 gün toy edir. Yanvarın 8-i və 9-u toy məclisləri artıq keçirilib. Növbəti toy məclisi isə 16 yanvarda olacaq . Varlığa nə darlıq”. Bu barədə DİA.AZ-a Sumqayıtdan olan Qarabağ qaziləri adından müraciətdə deyilir.
Müraciətdə daha sonrqa bildirilir: “Pandemiya şəraitində 3 gün toy etmək karantin qaydalarına nə qədər müvafiqdir. Buna qoy hüquq mühafizə orqanları münasibət göstərsin. Mən bu 3 gün 3 gecə keçirilən toy mərasimlərinin mənəvi tərəfinə toxunmaq istəyirəm.

44 günlük Böyük Vətən Müharibəsində Sumqayıt 110 şəhid verib, yüzlərlə gənc yaralanaraq sağlamlığını itirərək əlil olub. Toy mərasimi keçirilən Green House “ şadlıq sarayı ilə üzbəüz 13 mikrorayonda yaşayan, 44 günlük müharibədə döyüşdə ayaqlarını itirərək əlil arabasında hərəkət edə bilən boylu-buxunlu ,idmançı vücudlu gənc Camal Alxasov bu toyları görərək gör nə qədər sarsıntı keçirir.

Sumqayıtda 10-cu mikrorayonda yerləşən Kristal Abşeron evlərində belə bir müsbət hadisə olmuşdur ki, bir binadan 3 şəhid vermiş həyətdə gəlin gətirmə mərasimi çalğısız, cəmi bir maşınla sakitcə olmuşdur. Budur şəhidlərə hörmət, onların qarşısında baş əymək…. Biz Sumqayıtda hər gün şahidi oluruq ki, Şəhidlər Xiyabanına subay , toy qismət olmamış subay balalarının qəbri üzərinə qara xonçalar ilə analar gedir.

Amma İdris və Cavid Quliyev qardaşları bunun tam əksini edir.Şəhidlərimizin ruhlarına hörmətsizlik edir. Onların əskərlik yaşına çatmış oğulları nəinki müharibəyə, heç əskərliyə də getməmişlər. Qubadllı hərbi komissarlığı Məhəmməd və Baloğlan Quliyev əmioğlularına xəstəlik adı ilə orduya yararsız adı ilə hərbi biletlər vermişdir. Lakin ordu xidmətinə yararsız bu “dezertir“lər , Sumqayıtda doğulmuş gənclər Qubadlı uğrunda döyüşəndə,şəhid olanda, yaralananda , Sumqayıt küçələrində 99xx999 dövlət qeydiyyat nişanlı qiyməti 300 min manat olan Range Roverlə avtoşluq edirdilər.

Sumqayıtlılar adından xahiş edirik , ədaləti bərpa etmək. Şəhid ruhlarına qarşı hörmətsizliyi aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu “dezertir“lərin əskərlik xidmətinə yararsız olması faktını bir də araşdırsın , sağlamlıqlarını müəyyən edib onları Qubadlıda yeni yaradılan hərbi hissələrə xidmətə göndərsin”.

İddia olunanlarla bağlı Xəbəral.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir