Hadisə

Türkiyədə özünü polkovnik kimi təqdim edən şəxsin daha bir əməli üzə çıxdı – “Qaziyəm deyib…”

Xəbər verdiyimiz kimi, Türkiyənin Marmaris bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə özünü 2021-ci ilin iyulunda bu ölkədə baş verən yanğınların söndürülməsində aktiv iştirak edən Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin komandiri kimi təqdim edən Rasim Əhmədliyə fəxri fərman verilib. Sonradan həmin şəxsin FHN əməkdaşı olmadığı aydın olub.

32gun.az-ın əməkdaşı məsələ ilə bağlı Türkiyənin Marmaris Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyənin mətbuat katibi Mete Ünal saytımıza açıqlamasında bildirdi ki, bir neçə gün öncə Rasim Əhməd adlı şəxs bələdiyyəyə zəng vuraraq, bələdiyyə sədri ilə görüşmək istədiyini bildirib: 

“Bizim Marmaris Bələdiyyəsinə Rasim Əhmədli adlı şəxs zəng edərək Marmaris yanğınlarına dəstək verdiyini söylədi və rayonumuzun sədri Mehmet Oktay bəyi ziyarətə gəlmək istədiyini dedi. Biz də araşdırdıq və öyrəndik ki, həmin şəxs  avqust ayında Bursa şəhər bələdiyyəsini də ziyarət edib. 

Bura – Marmaris rayon Bələdiyyəsinə gələn zaman  üzərində kamuflaj vardı.  O həmçinin Azərbacanda Vətən Müharibəsi Qazisi olduğunu bildirdi.

Bizdən heç bir maddi tələbi olmadı, sadəcə yanğından dolayı nəzakət əlaməti olaraq ziyarət etmək istədiyini bildirdi. Bələdiyyə sədri də ona fəxri fərman hədiyyə etdi. Bizdə özünün qazi olduğunu söylədiyi üçün, şüphələnmədik, heç bir yerə zəng vurmadıq.  Saxtakar olduğunu indi öyrəndik. 

Yanğından sonra bir çox insanlar, qurumlar bələdiyyəmizi ziyarət etdiyi üçün biz bundan şüphə duymadıq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir