Hadisə

Şirvanda qəza yerində digər avtomobil tərəfindən vurulan yol polisi Bakıya yola salınıb

Sharing is caring!

Hadisə yerində yol qəzasının baş vermə səbəblərini aydınlaşdırarkən Salyan rayonu 2-ci Varlı kənd sakini, Heydərov Emil Bəylər oğlunun idarə etdiyi 52 BX 773 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil tərəfindən vurulan Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı 1988-ci il təvəllüdlü BabayevToğrul Ağasəfər oğluna reanimasion tədbirlər görülüdükdən sonra vəziyyəti ağır olduğundan Bakı şəhərinə yola salınıb.

Hadisəni törədən sürücünün əlil olduğu və sürücülük hüququnun olmadığı bildirilir.
Faktla bağlı Şirvan prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir