Hadisə

Lənkəranda gənc oğlan su hovuzunda boğulub

Sharing is caring!

Lənkəranda 20 yaşlı gənc hovuzda boğulub.

APA-nın verdiyi məlumata görə, bədbəxt hadisə Lənkəran Olimpiya İdman Kompleksində baş verib.

Belə ki, rayonun Şiləvar kənd sakini, 1999-cu il təvəllüdlü Fəxrəddin Ədalət oğlu Babayev hovuzda çimərkən boğulub. Onun cansız bədəni Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir