Hadisə

Kanadada silahlı insident olub: 2 ölü, bir yaralı var

Sharing is caring!

Kanadanın Toronto şəhərinin şimal-qərbində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “Global News” telekanalı məlumat yayıb.

Polisin verdiyi məlumata görə, həmin şəxslər ağır yaralı halda çoxmənzilli evlərin birində aşkarlanıb. Ancaq onlardan biri hadisə yerində, digəri isə xəstəxanada keçinib.

Sonradan xəstəxanaya insident zamanı xəsarət almış üçüncü şəxs də müraciət edib. Onun vəziyyətinin kritik olmadığı açıqlanıb.

Hazırda hüquq-mühafizə orqanları baş vermiş hadisənin təfərrüatlarını araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir