Hadisə

Bakıda 27 yaşlı oğlanı avtomobil vurdu

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü İbrahimov Emin İsmayıl oğlu avtomobili vurması nəticəsində xəsarət alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Qəzanın səbəbləri dəqiqləşdirilir.