Hadisə

Anasını öldürməkdə təqsirləndirilən oğulun məhkəməsi başlayır

Sharing is caring!

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

APA-nın məlumatına görə, E.Müslümovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərlib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında Bakının Nərimanov rayon ərazisində baş verib. 26 yaşlı E.Müslümov mübahisə zəminində anası, 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Hadisədən sonra gənc evi tərk edib, bir gündən sonra mənzilə qayıdıb. O, evə təcili tibbi yardım çağırıb. Ancaq həkimlər qadının öldüyünü deyib. Çox keçmədən hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, E.Müslümov anasını smartfon telefon üstündə düşən mübahisədən sonra öldürüb. O, arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldıraraq, onu qətlə yetirib.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, E.Müslümov epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir