Hadisə

Sumqayıtda xilasedicilər dənizdə kişi meyiti aşkarlayıb

Sharing is caring!

Sumqayıtda dənizdə kişi meyiti tapılıb.

Xeberal.az-nın yerli bürosunun məlumatına görə, orta yaşlarında kişi meyiti bu gün səhər saatlarında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları nəticəsində aşkar olunub.

Xatırladaq ki, həmin şəxs iyunun 24-də dənizdə batmışdı.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilir. Tapılan şəxsin əynində üst geyimin olduğu bildirilir. Hadisənin intihar ola biləcəyi ehtimalı da araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.