Hadisə

Bakıda 22 yaşlı gənci avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb

Sharing is caring!

Nərimanov rayonunda avtomobil piyadanı vuraraq qaçıb.

APA xəbər verir ki, hadisə ATU-nun Onkoloji Klinikasının yaxınlığında baş verib.

Naməlum avtomobil 1996-cı il təvəllüdlü Hüseynzadə Heydər Şakir oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ona sol qolun əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir