Hadisə

Bakıda 35 yaşlı kişini bıçaqla hədələyərək pulunu alıblar

Sharing is caring!

Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.

APA xəbər verir ki, Biləcəri qəsəbəsində 1982-ci il təvəllüdlü Məmmədov Habil Yusif oğlu küçədə gəzərkən naməlum şəxs ona yaxınlaşaraq bıçaqla hədə qorxu gəlib.

Naməlum şəxs onun 150 manat pulunu alaraq qaçıb.

H.Məmmədov faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsinə şikayət edib.