Hadisə

Bakıda qadının içərisində 750 manat olan çantasını əlindən alıblar

Sharing is caring!

Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.

APA xəbər verir ki, rayonun Qara Qarayev prospektində 1978-ci il təvəllüdlü Fərzəliyeva Mətanət Balaqardaş qızı naməlum şəxsin hücumuna məruz qalıb.

Qadının əlindəki çantasını alan şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.

Zərəçəkən M.Fərzəliyeva Nizami Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, çantasında 750 manat pul olub.

Polislər soyğunçuluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir