Hadisə

Bakıda yük maşını piyada keçidinə çırpılıb

Sharing is caring!

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir