Hadisə

Tut ağacından yıxılıb öldü

Gəncə sakini faciəvi şəkildə dünyasını dəyişib. 

XəbərAl.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, şəhər sakini, 50 yaşlı Xıdır Rzayev ağacdan tut yığan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.