Hadisə

Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır

Rusiya- Gürcüstan sərhədindəki Vladikavkaz Gömrük Qapısında Türkiyəyə məxsus yük avtomobillərinin həftələrdir buraxılmaması TIR-lardan ibarət 75 km-lik sıra yaradıb.

“XəbərAl.az” “T24”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən tranzit yavaşladığı üçün 5 gündə 4 kilometr məsafə belə gedə bilmədiklərini söyləyən sürücülər yemək və su qıtlığı yaşadıqlarını, təmizlik və yanacaq ehtiyaclarını qarşılaya bilmədiklərini qeyd ediblər.

Bildirilib ki, 4 minə yaxın yük maşını sərhəddə gözləmə vəziyyətindədir.

Sürücülərin sözlərinə görə, digər ölkələrin yük maşınları sərhəd keçid məntəqəsindən rahatlıqla keçdiyi halda Türkiyə TIR-larının keçidi gecikdirilir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir