Hadisə

“Zagulba Mall”da yananların sayı artıb – Yenilənib + Fotolar

Sharing is caring!

Bakının Buzovna qəsəbəsində yerləşən “Zagulba Mall” ticarət mərkəzində yanğın baş verib.

XəbərAl.az  FHN-ə istinadən xəbər verir ki, binada olan insanlar təxliyyə olunub. Hazırda açıq alov olmasa da, tüstülənmə davam edir.

Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.

***

“Report”un məlumatına görə, yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

**

Bakıda ticarət mərkəzində baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb.

“Report”un məlumatına görə, hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Binada olan insanlar təxliyə edilib.

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir