Hadisə

“Nədir bu banklardan çəkdiyimiz?” – GİLEY

 “Şikayətim “Turan Bank” və “Azərikart”dandır. 10.10.2020 ci il tarixəndə 14.68 qəpik dəyərində bankomatdan nömrəmə balans artırdım”. Xəbəral.az Dia.az-a istinadən bildirir ki, bu barədə Aytən Carçıyeva sosial şəbəkələrdə narazılığını ifadə edib.

Daha sonra narazı vətəndaş yazır: “Kartdan məbləğ silinsə də vəsait hesaba oturmadı.Bankla əlaqə saxladıqda bildirdilər ki,1ay sonra müraciət edin.11.11.2020 tarixdə əlaqə saxlayanda isə bank problemi Azərikartın üstünə,onlar isə Bankın üstünə atıb məbləği qaytarmaq istəmir.Azərikart bildirdi ki,problem kartla bağlı deyil.Məbləğ çıxılıb.Məbləğ Bakcellin hesabına oturmadığı üçün,nömrədə balans artırılmayıb. Nədir bu banklardan çəkdiyimiz? Nə vaxt şikayətsiz, şəffaf xidmət göstərəcəklər?Özlərinə ödənilməli olan məbləğ gecikdiriləndə,bir o qalır ki aparıb dar ağacından assınlar”.                                                                                                      Dia.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir