“Kontakt Home” şirkət rəhbərliyi Gəncə də daxil əksər bölgələrdəki əməkdaşlarını Bakıda işləməyə “dəvət edir”. Rəhbərlik bununla bölgə işçilərini mədəni şəkildə ixtisar edir.
Xəbəral.az Tribunainfo.az-a istinadən xəbər verir ki, mağazalar şəbəkəsinin bir qrup əməkdaşının üzləşdiyi problemi siyasi fəal İlkin Rüstəmzadə işıqlandırıb. O bildirib ki, “Kontakt Home”un bölkə əməkdaşları öz evlərindən 350 kilometr uzaqda işləmək istəmirlər və buna görə işdən çıxmalı olurlar:
“Son aylarda “Kontakt Home”un işçilərə qarşı qəbul etdiyi bir sıra istismarçı qərarlar var. Şirkət əməkdaşları yazır ki, əmək haqqı və bonuslar azaldılıb, raftar pisləşib, həftədə 2 dəfə olan istirahət günü 1 dəfəyə endirilib, yalnız işçilərin etirazından sonra 1 gün yarı qrafiklə iş vermək məcburiyyətində qalıblar; dəyəri 3 qəpik olan plastik stəkanlardan su içməyə belə qadağa qoyulub işçilərə.
“Kontakt Home” mağazalar şəbəkəsinin rəhbərliyini, yuxarıda sadaladığım halları araşdırmağa və işçilərin pozulmuş hüquqlarını bərpa etməyə çağırıram”.
Xəbəral.az