Hadisə manset

Göyçayda 16 yaşlı gənc kanalda batdı – Foto

Sharing is caring!

Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Xəbəral.az  xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 16 yaşlı İsmayıl Mehrah oğlu Cəbiyev Yuxarı Şirvan kanalında çimərkən boğulub.

Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.

Onun meyitinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları dəvət edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir