Hadisə

Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev kimə güvənir? İcra başçısı sakinləri çıxilmaz duruma gətirib.

Sharing is caring!

Xəbəral.az ötən gün Xətai rayon icra hakimiyyəti barəsində “Xətai Rayon Icra Hakimiyyəti Əhalini Necə Aldatdı?” başlıqlı yazı dərc etmişdik.

Yazıda sakinlər iddia edirlər ki, binanın söküntüsü zamanı ciddi korrupsiya hallarına yol verilib. Onlar bildiriblər ki, verilən kompensasiyanın miqdarından narazı olduqları halda onlara bildirilib ki, hər kvadrat üçün 1500 manatda artıq heç kimə pul ödənilməyəcək. Bu səbəbdən sakinlərə xəbərdarlıq olunub ki, gəlin, razılıq sənədlərinə qol çəkin, əks təqdirdə binada komunal xidmətlər dayandırılacaq. Sakinlər məcbur qalıb, sənədə qol çəkiblər, lakin sonrada müəyyən məqamlar üzə çıxıb. Onlar iddia edirlər ki, bəzi sakinlərə hər kvadrat üçün 2000 manatdan ödəniş olunub və həmin sakinlərə tapşırılıb ki, digər qonşular bundan məlumatlı olmasın. Xəbər isə qısa müddətdə yayılıb.

Xəbəral.az bildirir ki, daha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.
Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.
Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində yeyinti faktoru var.

Bildirirlər ki, hər ailəyə mənzilin kvadratmetri üçün 1500 manatdan kompensasiya hesablanaraq, ödənilib.

Onu da qeyd edək ki, kompensasiyalar bu gün fəaliyyəti dayandırılan Günaybank vasitəsilə ödənilib.
Hesablamalara görə, bankdakı 70 milyon əmanətçilərin cəmi bir faizinə məxsus olub.

Sakinlər iddia edirlər ki, onlara verilən kompensasiya da düzgün hesablanmayıb. Yaxud da, onların iddiasına görə, ödəniş doğru edilməyib.

Nəzərinizə çatdiraq ki, Xəbəral.az dərc etdiyi yazını Xətai rayon icra hakimiyyətinə sorğu göndərib cavab almaq istəsə də icra hakimiyyəti sorğuya heç bir cavab verməyib.

Belə çıxır ki, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev sakinləri get-gələ salmaqdan zövq alır, bu cür özbaşınalıqlara artıq adət edib.

Xatırladaq ki, yaxın günlərdə sözügedən Xətai rayon sakinləri Prezident Administrasiyasının qarşısında aksiya edəcəklərini deyiblər.

Qarşı tərəfin mövqe haqqını tanıyırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir