Hadisə manset

Ağsuda avtomobil oğurlayan şəxs tutulub – VİDEO – YENİLƏNİB

Sharing is caring!

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib.

Xəbəral.az xəbər verir ki Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili əvvəllər məhkum olmuş Kürdəmir rayon sakini Araz İmanqulu oğlu Vəliyev olduğu müəyyənləşib.

O, Ramil Abuzərova məxsus “VAZ-2107” markalı avtomobili almaq istədiyini deyərək yoxlamaq məqsədilə sükan arxasına keçib və onu qaçırıb. Bundan sonra A.Vəliyev avtomobili Şirvan şəhərinə apararaq İlqar Telman oğlu Məmmədova satıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs Şirvan şəhərində saxlanılıb. İlkin dindirmə zamanı A.Vəliyev oğurluq əməlini etiraf edib. Avtomobil sahibinə təhvil verilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.