Hadisə

Xətaidə sakinlər ayağa qalxdı: İcra başçısı bizi aldadıb kompensasiyamızı vermir

Sharing is caring!

Xəbəral.az bildirir ki, daha öncə xəbər verdiyimiz kimi, Xətai rayonu, Nobel prospektində sökülən 80 nömrəli binanın sakinləri rayonun icra hakimiyyəti ilə kompensasiya problemi yaşayırlar.
Binanın bir qrup sakinləri iddia edirlər ki, Xətai Rayon İcra Hakimiyyətindən iki-üç ailəyə mənzilin hər kvadratmetri üçün 1700-2 min manat, yerdə qalan ailələrə isə 1500 manat kompensasiya ödənilib.
Ailələr iddia edirlər ki, kompensasiyanın ödənilməsində yeyinti faktoru var.
İcra hakimiyyəti isə verdiyi açıqlamada ittihamları qəbul etmir. Bildirirlər ki, hər ailəyə mənzilin kvadratmetri üçün 1500 manatdan kompensasiya hesablanaraq, ödənilib.

Onu da qeyd edək ki, kompensasiyalar bu gün fəaliyyəti dayandırılan Günaybank vasitəsilə ödənilib.
Hesablamalara görə, bankdakı 70 milyon əmanətçilərin cəmi bir faizinə məxsus olub.

Sakinlər iddia edirlər ki, onlara verilən kompensasiya da düzgün hesablanmayıb. Yaxud da, onların iddiasına görə, ödəniş doğru edilməyib.
Buna görə də sakinlər icra hakimiyyətindən kompensasiya ilə bağlı hesabat, sənəd tələb edirlər.

Əlavə məlumat verəcəyik…

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir